olkepress.com
olkepress.com

İsveç də “Quran”ın yandırılmasını qadağan etməyə hazırlaşır

31-07-2023, 13:21

İsveç də “Quran”ın yandırılmasını qadağan etməyə hazırlaşırİsveç də “Quran”ın yandırılmasını qadağan etməyə hazırlaşır

Danimarkanın ardınca İsveç hökuməti də söz və fikir azadlığı kimi fundamental prinsiplərini pozmadan “Quran”ın, həmçinin digər dini mətnlərin kütləvi şəkildə yandırılmasını qadağan etmək, yaxud məhdudlaşdırmaq barədə düşünür.

Bu barədə İsveçin Baş naziri Ulf Kristersson sosial media hesabında bildirib.

O, danimarkalı həmkarı Mette Frederiksen ilə məsələni müzakirə etdiyini açıqlayıb.

“Biz də ölkəmizdə və dünyada isveçlilərin təhlükəsizliyini, həmçinin milli təhlükəsizliyi gücləndirmək üçün vəziyyəti hüquqi nöqteyi-nəzərdən təhlil etməyə başlamışıq”, - deyə Kristersson bəyan edib.

Qeyd edək ki, İsveç və Danimarkada “Quran”la bağlı son vaxtlar bir neçə ictimai aksiya müsəlman dindarlar arasında hiddət fırtınasına və bir sıra müsəlman ölkələrinin diplomatik demarşlara səbəb olub.

Bundan əvvəl Danimarkanın da “Quran”ın yandırılmasını qadağan edə biləcəyi barədə məlumat yayılmışdı.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Aralık 2025    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi