olkepress.com
olkepress.com

BMT: Zəlzələdən sonra Suriyaya 170-ə yaxın yardım missiyası həyata keçirilib

27-07-2023, 08:50

BMT: Zəlzələdən sonra Suriyaya 170-ə yaxın yardım missiyası həyata keçirilibBirləşmiş Millətlər Təşkilatı (BMT) fevralın 6-da Kahramanmaraşda baş verən zəlzələdən sonra Suriyanın şimal-qərbinə 170-ə yaxın yardım missiyasının tamamlandığını açıqlayıb.

"Report" xəbər verir ki, bu barədə BMT Baş katibinin sözçüsü Stefan Dujarrik mətbuat konfransında Suriyaya humanitar yardım haqqında məlumat verərkən məlumat verib.

“BMT fevral ayında baş verən zəlzələlərdən bəri Türkiyənin cənubundan Suriyanın şimal-qərbinə 170-ə yaxın sərhəd missiyası həyata keçirib”, - deyə S.Dujarrik bildirib.

Önümüzdəki günlərdə Öncüpınar üzərindən əlavə personal və yük maşınlarının səfərbər ediləcəyinin planlaşdırıldığını ifadə edən S.Dujarrik BMT-nin Suriya rəhbərliyi ilə təmasları davam etdirdiyini də vurğulayıb.

Suriya rəhbərliyi BMT-nin humanitar qurumlarına zəlzələdən zərər çəkmiş 6 bölgəyə yardım çatdırmaq üçün avqustun 13-dək Türkiyə ilə Öncüpınar (Bab Əl Salam) və Çobanbey (Əl Rai) sərhəd-keçid məntəqələri vasitəsilə icazə verib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi