olkepress.com
olkepress.com

Rusiya Türkiyə hərbi gəmilərinə atəş aça bilər?

20-07-2023, 08:48

Rusiya Türkiyə hərbi gəmilərinə atəş aça bilər?Qara dənizdə Rusiya donanmasının Türkiyə ilə açıq silahlı qarşıdurmaya gedəcəyinə şübhə edirəm.

Axar.az xəbər verir ki, bunu Ukraynanın Türkiyədəki səfiri Vasili Bodnar deyib.

O bildirib ki, Türkiyə NATO üzvüdür, bu addım isə Alyansı da bölgəyə cəlb etmək deməkdir:

“Rusiya tərəfi bu cür hərəkətlərlə sadəcə olaraq özünə ikinci cəbhə açacaq”.

Bodnarın sözlərinə görə, Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsi başlayandan bəri artıq səkkiz xarici gəmi atəşə tutulub:

“Lakin onlar Moskva ilə münaqişəyə girməmək üçün bu barədə danışmayıblar”.

Qeyd edək ki, Rusiya taxıl sazişinin uzadılmasından imtina etdikdən sonra Ukrayna limanlarından taxılın türk hərbi gəmiləri ilə daşına biləcəyi ehtimalı ortaya atılıb.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Ekim 2025    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi