olkepress.com
olkepress.com

Ermənilər Rusiya səfirliyi qarşısında aksiya keçirib

17-07-2023, 15:58

Ermənilər Rusiya səfirliyi qarşısında aksiya keçirib 44 günlük müharibədən sonra Ermənistana köçən Qarabağ erməniləri və digər yerli sakinlər BMT-nin İrəvandakı ofisi qarşısında yürüşə başlayıblar. Yürüş Rusiya səfirliyinə doğru davam edib.

Bu barədə “News.am” nəşri məlumat yayıb.

Aksiya iştirakçıları Laçın dəhlizinin açılması ilə bağlı absurd tələblər irəli sürüblər və bunun üçün Rusiya hakimiyyətini köməyə çağırıblar. Nümayişçilər son hadisələrə görə Moskvanı da ittiham ediblər.

Aksiya zamanı Azərbaycanla bağlı bəzi təxribatçı şüarlar səsləndirilsə də, polis əməkdaşkarı qanunsuz aksiyaya mane olmayıblar.

Qeyd edək ki, ötən həftə Dövlət Sərhəd Xidməti (DSX) Beynəlxalq Qırmızı Xaç Komitəsini (BQXK) ifşa edən məlumat yayıb. Bildirilib ki, DSX əməkdaşları tərəfindən BQXK-ya aid nəqliyyat vasitələrində dəfələrlə qanunsuz yolla müxtəlif növ qaçaqmalın keçirilməsi cəhdləri aşkarlanıb. Komitəyə rəsmi kanallar vasitəsilə xəbərdarlıq edilməsinə baxmayaraq, qanunazidd əməllər təkrar olunub və onların aradan qaldırılması üçün zəruri addımlar atılmayıb.

BQXK-ya məxsus olan və tibbi təxliyyə həyata keçirən nəqliyyat vasitələrindən qaçaqmalçılıq üçün istifadə edilməsi Azərbaycan Respublikasının qanunlarının kobud şəkildə pozulması faktları olmaqla yanaşı, həm də ölkəmizin humanitar təşkilat olan BQXK-ya olan etimadından sui-istifadə olunmasıdır


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Eylül 2024    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi