Fransa hakimiyyəti dövlət xərclərini azaltmağı planlaşdırır
Fransa 2015-ci ildən bəri ilk dəfə 2024-cü ildə dövlət xərclərini azaldacaq.
“Report”un məlumatına görə, bu barədə İqtisadiyyat və Maliyyə Nazirliyinin ilkin sənədinə istinadən “Agence France-Presse” xəbər verir.
Qeyd edilir ki, 2024-cü ildə enerji tariflərinin dayandırılması ilə əlaqədar olaraq ilk dəfə olaraq dövlət xərclərinin azaldılması planlaşdırılır.
Beləliklə, 2024-cü ildə müxtəlif dövlət tapşırıqları üçün ayrılan vəsait 356 milyard avro təşkil edir. Bu, 2023-cü illə müqayisədə 4,8 milyard avro azdır. Azalma elektrik enerjisi və qaz üçün tariflərin tədricən ləğvi ilə izah olunur.
« Temmuz 2025 » | ||||||
---|---|---|---|---|---|---|
Pt | Sa | Çr | Pr | Cu | Ct | Pz |
1 | 2 | 3 | 4 | 5 | 6 | |
7 | 8 | 9 | 10 | 11 | 12 | 13 |
14 | 15 | 16 | 17 | 18 | 19 | 20 |
21 | 22 | 23 | 24 | 25 | 26 | 27 |
28 | 29 | 30 | 31 |