olkepress.com
olkepress.com

Bayden Türkiyəyə “F-16” qırıcılarının satılacağına əmindir

13-07-2023, 07:29

Bayden Türkiyəyə “F-16” qırıcılarının satılacağına əmindir“ABŞ administrasiyası “F-16” qırıcılarının Türkiyəyə satışı ilə bağlı müqaviləni tamamlaya biləcək”.

“Report” “Reuters”ə istinadən xəbər verir ki, buna əminliyini ABŞ prezidenti Cozef Bayden Vilnüs Beynəlxalq Hava Limanında jurnalistlərin suallarını cavablandırarkən bildirib.

Bundan əvvəl Ankara Vaşinqtondan 40 belə döyüş təyyarəsi istəyib. Lakin ABŞ qanunvericiləri “F-16”ların digər ölkələrə satışının qarşısını ala bilər.

Dövlət katibi Entoni Blinkenin sözlərinə görə, Konqresin bəzi üzvləri Türkiyəyə bu cür tədarüklərin İsveçin NATO-ya qəbulu üçün lazım olan addımlarla əlaqələndirilməsini istəyiblər.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Ağustos 2025    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi