olkepress.com
olkepress.com

Moldovada Rusiya ilə əlaqəli casus şəbəkəsi zərərsizləşdirilib

11-07-2023, 07:17

Moldovada Rusiya ilə əlaqəli casus şəbəkəsi zərərsizləşdirilibMoldovada sabitliyi pozmaq və dövlətdəki siyasi proseslərə təsir göstərmək məqsədilə dövlətə xəyanət və casusluqla məşğul olan agentlər şəbəkəsi ifşa edilərək zərərsizləşdirilib.

“Report” “News Maker”a istinadən xəbər verir ki, bu barədə Moldovanın İnformasiya və Təhlükəsizlik Xidmətinin (İTX) rəhbəri Aleksandr Mustyats bildirib.

Kəşfiyyatın məlumatına görə, cinayət işi üzrə təqsirləndirilən şəxslər Moldova və Rusiya Federasiyası vətəndaşlarıdır. Belə ki, şübhəlilər arasında iki rusiyalı da var.

“Biz dövlətə xəyanət və casusluqla məşğul olan agentlər şəbəkəsini zərərsizləşdirməyə nail olduq. Ölkədə sabitliyi pozmağa hazırlaşan bir qrup şəxsə qarşı dövlətə xəyanət və casusluq maddəsi ilə cinayət işi məhkəməyə təqdim edilib”, - o qeyd edib.

İTX rəhbəri əlavə edib ki, bunun üçün Moldovaya Rusiyadan qeyri-rəsmi transfer şəbəkələri vasitəsilə təxminən 500 min dollar göndərilib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Eylül 2024    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi