olkepress.com
olkepress.com

Çin 2034-cü ilə qədər ÜDM həcminə görə ABŞ-ni keçə bilər

11-07-2023, 07:14

Çin 2034-cü ilə qədər ÜDM həcminə görə ABŞ-ni keçə bilərÇin 2034-cü ilə qədər nominal ÜDM həcminə görə ABŞ-ni keçə bilər.

“Report” “Kommersant”a istinadən xəbər verir ki, bu barədə “Focus Economics”in 2050-ci ilə qədər proqnozunda əks olunub.

ÜDM dinamikasının hazırkı trayektoriyası Çinin artımının ABŞ ilə müqayisə oluna biləcək qədər yavaşlamasını göstərir, lakin ekspertlər bu proqnoz üçün əhəmiyyətli risklər barədə xəbərdarlıq edirlər.

Hindistan və İndoneziyada isə əksinə, daha yüksək artım templəri qorunacaq ki, bu da ekspertlərin təklif etdiyi kimi, bu ölkələrin ÜDM-in dünya üzrə üçüncü və dördüncü yerlərini tutmasına imkan verəcək.

2022-ci ilin sonunda Amerika iqtisadiyyatı Çin iqtisadiyyatından 42 % böyük olub (ÜDM-in nominal həcmi və bazar məzənnəsi nəzərə alınmaqla), 2034-cü ilə qədər Çinin ÜDM-i 41 trilyon dollara çata bilər, ABŞ ÜDM isə 40 trilyon dollar olacaq.

2050-ci ilə qədər bu ara 20 %-ə qədər artacaq (Çinin ÜDM-i 84 trilyon dollar ola bilər). Çin həm məhsuldarlığı, həm də urbanizasiyanı artıra bilər, lakin artım qocalmış əhali, eləcə də texnoloji inkişafa qoyulan məhdudiyyətlər səbəbindən əhəmiyyətli dərəcədə məhdudlaşdırılacaq.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi