olkepress.com
olkepress.com

İsrail kəşfiyyatı İranda gizli əməliyyat keçirib

4-07-2023, 00:12

İsrail kəşfiyyatı İranda gizli əməliyyat keçirib
İsrail kəşfiyyat təşkilatı Mossadın Cənubi Kiprdə sui-qəsd hazırlayan iranlı qatil Yusuf Şahbazi Abbasəlini İran torpaqlarında keçirdiyi səssiz əməliyyatla ələ keçirdiyi iddia edilib.
Olkepress.com Bizimyol.infoya istinadən xəbər verir ki, hadisənin təfərrüatları Mossadın ötən gün yaydığı video ilə ortaya çıxıb.

Bundan əvvəl İsrailin baş naziri Benyamin Netanyahu qısa açıqlama verərək: “İranın Kiprdəki İsrail hədəflərinə hücumunun qarşısı alındı”, - demişdi.

Mossad sui-qəsdçinin dindirilməsi zamanı əldə edilən məlumatlarla Rum administrasiyasında pakistanlılardan ibarət hücrənin məhv edildiyini bildirib. Abbasəli etiraf videosunda sui-qəsd sifarişini İran İnqilab Keşikçiləri Korpusundan aldığını, əvvəlcə Şimali Kipr Türk Respublikasına oradan da İstanbul vasitəsilə Yunanıstan tərəfinə getdiyini bildirib.

Kıbrıs Rum administrasiyası dövründə pakistanlıların ona silah tədarük etdiyini izah edən Abbasəli: “Çəkiliş əmrini gözləyərkən, “Sən ifşa olundun, qaç” əmrini aldım. Bundan sonra bütün vasitələrdən istifadə edərək İrana qayıtdım”, - deyə bildirib.

Abbasəlinin İranda İsrail agentləri tərəfindən necə tutulması ilə bağlı təfərrüatlar paylaşılmayıb. Kipr Rum administrasiyasında, xüsusilə Limassol şəhərində çoxlu israilli var. İsrailin "TV 12" telekanalı terror aktı törətmək istəyənlərin hədəfinin bu şəhərdəki daşınmaz əmlak agenti və yəhudi icması üçün tədbirlər təşkil edən Larnakadakı şənbə evi olduğunu iddia edib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Eylül 2024    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi