Polşadan havaya qalxan “Ryanair” aviaşirkətinə məxsus təyyarənin ekipajı hava gəmisində bomba olması ilə bağlı məlumat alıb.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, təyyarə buna görə Afina aeroportuna eniş edib.
Təyyarənin göyərtəsində 192 sərnişin olub.
Təyyarəni eniş zamanı Yunanıstan Silahlı Qüvvələrinə məxsus iki F-16 qırıcısı da müşayiət edib.
Təhlükəsizlik səbəbiylə təyyarə xüsusi zonaya çəkilib, əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
***
Afinaya enən “Ryanair” aviaşirkətinə məxsus təyyarəyə bomba qoyulması ilə bağlı məlumat həqiqəti əks etdirməyib.
Bu barədə Yunanıstanın ERT-1 telekanalı məlumat yayıb.