olkepress.com
olkepress.com

Fahrettin Koca: İstanbulun İstiqlal prospektində baş verən partlayış zamanı yaralanan 42 nəfərin müalicəsi davam edir

14-11-2022, 08:31

Fahrettin Koca: İstanbulun İstiqlal prospektində baş verən partlayış zamanı yaralanan 42 nəfərin müalicəsi davam edir

İstanbulun İstiqlal prospektində baş verən partlayış zamanı yaralanan 81 nəfərdən 39-u evə buraxılıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca bildirib.
Nazir deyib ki, hazırda 42 nəfərin müalicəsi davam edir. Onlardan beşi reanimasiya şöbəsinə yerləşdirilib. Bu şəxslərdən ikisinin vəziyyəti hələ də ağır olaraq qalır.
Xatırladaq ki, noyabrın 13-ü yerli vaxtla saat 16:13 radələrində İstanbulun İstiqlal prospektində şiddətli partlayış baş verib. Terror aktı olduğu ehtimal edilən hadisə nəticəsində altı nəfər ölüb.
Hadisə ilə bağlı açıqlama verən Türkiyənin ədliyyə naziri Bekir Bozdağ izləmə kameralarından alınan məlumata əsasən, partlayışın bir qadın tərəfindən törədildiyinin ehtimal olunduğunu deyib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Ekim 2025    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi