olkepress.com
olkepress.com

KİV: "Putin və Zelenski İndoneziyada keçiriləcək G20 sammitinə gəlmək barədə razılığa gəliblər"

7-10-2022, 22:51

KİV: "Putin və Zelenski İndoneziyada keçiriləcək G20 sammitinə gəlmək barədə razılığa gəliblər"

Rusiya Prezidenti Vladimir Putin və ukraynalı həmkarı Vladimir Zelenski noyabrda İndoneziyada keçiriləcək G20 sammitinə gəlmək barədə razılığa gəliblər.
"Report" xəbər verir ki, bu barədə “The National” nəşri BƏƏ-nin İndoneziyadakı səfiri Husin Bagisə istinadən yazıb.

Bildirilib ki, dövlət başçıları Bali sammitinə gəlsələr, bu, onların münaqişə başlayandan bəri ilk dəfə eyni meydançada görünməsi olacaq.

“Hər ikisi iştirak etməyə razılaşdılar. Vəziyyət adi deyil”, - diplomat bildirib.

Gərəksiz gərginliyin qarşısını almaq üçün ölkə liderləri müxtəlif mehmanxanalarda yerləşdiriləcəklər.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Ekim 2025    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi