olkepress.com
olkepress.com

Ərdoğanın Nyu-Yorkdakı məşhur parkda gəzintisi gündəm oldu: “Siqaret çəkməsin…” - VİDEO

19-09-2022, 10:58

Ərdoğanın Nyu-Yorkdakı məşhur parkda gəzintisi gündəm oldu: “Siqaret çəkməsin…”  - VİDEO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Nyu-York şəhərindəki Mərkəzi Parkda etdiyi gəzintinin görüntüləri ölkədə gündəm olub.

Yeniavaz.com xəbər verir ki, Ərdoğan Birləşmiş Millətlər Təşkilatının (BMT) 77-ci Baş Assambleyasına qatılmaq və müxtəlif görüşlər keçirmək üçün gəldiyi ABŞ-ın Nyu-York şəhərindəki Mərkəzi Parkda gəzintiyə çıxıb.

Bu zaman o, parkdakı ABŞ və Türkiyə vətəndaşları ilə səmimi söhbət edib, şəkil çəkdirib. Onun bu səmimi görüntüləri Türkiyə və dünya ictimaiyyəti tərəfindən maraqla qarşılanıb.

Gəzinti zamanı Türkiyə prezidenti yerli sakinlərdən birinə siqaret çəkməməyi tövsiyyə edib.
Sözügedən kadrları təqdim edirik:

Qeyd edək ki, Mərkəzi Parkdakı gəzinti zamanı Ərdoğanı Türkiyənin Vaşinqtondakı səfiri Hasan Murat Mercan və
Türkiyənin BMT-dəki daimi nümayəndəsi Feridun Sinirlioğlu müşayiət edib.



Ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Ekim 2025    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi