Özbəkistanın Səmərqənd şəhərində Şanxay Əməkdaşlıq Təşkilatının dövlət başçılarının Zirvə görüşü keçirilir.Ölkəpress.com xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin də bir neçə ikitərəfli görüşlər keçirib.
Qırğızıstan Prezidenti Sadır Japarovla görüşdə isə maraqlı anlar yaşanıb. Tez-tez gecikmələri ilə gündəmə gələn Putini bu dəfə Sadır Japarov gözlədib.
Qeyd edək ki, xarici media daha çox Putin görüşlərə gecikməsindən yazır. Bu dəfə Putinin gözləyən tərəf olması diqqətdən yayınmayıb. Buna bənzər digər bir hadisə də Putin və Ərdoğan arasında baş vermişdi. Belə ki, Tehranda iPutin Ərdoğanı 1 dəqiqəyə yaxın müddətdə gözləməli olub.