Argentinanın vitse-prezidenti Kristina Fernandez de Kirşner sui-qəsd cəhdinə məruz qalıb.Ölkəpress.com xarici KİV-lərə istinadən xəbər verir ki, Kristina Fernandez evinin qarşısında tərəfdarlarını salamlayarkən izdihamın arasından bir nəfər çıxıb tapançanı onun üzünə doğruldub.
Silahın beş güllə ilə dolu olduğu, lakin işə salındıqda atəş açılmadığı bildirilib. Polis silahlı şəxsin saxlandığını bildirib. Onlar hücumun səbəbini araşdırırlar.
Argentinanın prezidenti Alberto Fernandes isə xalqa müraciətində Kristina Fernandez de Kirşnerə silah tuşlayan şəxsin hərəkətini sui-qəsd cəhdi adlandırıb:
"Silahın dolu olmasına baxmayaraq tətik çəkiləndə atəş açılmayıb. Kristian buna görə sağdır".
O, daha sonra hücumçunu qınayıb və deyib ki, Fernandez de Kirşnerin həyatına sui-qəsd ölkənin 1983-cü ildə demokratiyaya qayıdışından bəri "ən ciddi" insidentlərdən biridir.
"Bizim razılaşmadığımız məqamlar, dərin fikir ayrılıqlarımız ola bilər, lakin nifrət nitqi baş verə bilməz, çünki bu, zorakılıq yaradır və zorakılığın demokratiya ilə yanaşı yaşaması şansı yoxdur" - prezident Fernandez vurğulayıb.