olkepress.com
olkepress.com

Ərdoğan: “Paşinyanla çox konstruktiv telefon danışığı apardıq”

8-08-2022, 16:58

Ərdoğan: “Paşinyanla çox konstruktiv telefon danışığı apardıq”

“Qurban bayramında Ermənistan baş naziri Nikol Paşinyanla çox konstruktiv telefon danışığı apardıq”.

Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 13-cü Səfirlər Konfransında çıxışında bildirib.

Türkiyə Prezidenti bəyan edib ki, Ermənistan prosesləri doğru oxuyaraq Azərbaycan və Türkiyənin səmimi çağırışlarına qarşılıq verməlidir.

“Bu olarsa, bölgəmizin qısa müddət ərzində sabitliyə qovuşacağına inanıram. Biz bu tarixi fürsətin əldən çıxmaması üçün çalışırıq. Bu günədək Azərbaycanla birgə bir çox addım atmışıq. Radikal erməni çevrələrinin sabotajına rəğmən, Qafqazda daimi sülh yolunda önəmli məsafə qət etmişik”, - deyə Ərdoğan vurğulayıb.

Mənbə: Anadolu

Ölkepress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Ekim 2025    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi