Avropanın cənubunda yerləşən ölkələrin əksəriyyətində irimiqyaslı meşə yanğınları davam edir.Ölkəpress.com xəbər verir ki, nn təhlükəli vəziyyət Portuqaliyada və İspaniyada yaranıb.
Bir həftədir ki, davam edən yanğınlarla əlaqədar Portuqaliyada bir neçə kəndin əhalisi təhlükəli ərazilərdən təxliyə edilib. Məlumta görə, Portuqaliyanın materik ərazisinin 80 faizi meşə yanğınlarının riski altındadır.
İspaniyada isə alov 4 000 hektar meşə sahəsini məhv edib. Bu ölkənin bəzi ərazilərində havanın temperaturu 40°C-dən çox olur.