olkepress.com
olkepress.com

Tacikistan və Özbəkistan arasında 30 illik fasilədən sonra bir ilk

7-06-2022, 11:53

Tacikistan və Özbəkistan arasında 30 illik fasilədən sonra bir ilk

90-cı illərin əvvəllərində fəaliyyəti dayandırılan Düşənbə-Daşkənd marşrutu üzrə sərnişin qatarlarının hərəkəti 30 illik fasilədən sonra bərpa olunacaq.

İlk reys iyunun 20-nə həyata keçiriləcək.

Qatar həftədə bir dəfə 916 km-lik marşrutla hərəkət edəcək. Sərnişinlər Düşənbədən Daşkəndə 21 saata çata biləcəklər.

Bundan əvvəl məlumat verilmişdi ki, Tacikistan Prezidenti Emoməli Rəhmon və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Daşkənddə keçirilən danışıqlarda yeni tranzit dəhlizlərinin formalaşdırılması və müasir logistika infrastrukturunun yaradılması, hava, dəmir yolu və avtobus daşımalarının artırılması barədə razılığa gəlib.

Mənbə: TASS

Ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Nisan 2026    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi