olkepress.com
olkepress.com

ABŞ-ın Rusiyadakı səfiri: “Səfirliklərimiz qarşılıqlı olaraq bağlana bilər”

6-06-2022, 12:42

ABŞ-ın Rusiyadakı səfiri: “Səfirliklərimiz qarşılıqlı olaraq bağlana bilər”

ABŞ-ın Rusiya Federasiyasındakı səfiri Con Sallivan rəsmi Moskva ilə Vaşinqtonun qarşılıqlı olaraq bir-birinin ərazisində səfirliklərini bağlamaq ehtimalını istisna etməyib.

Bununla belə, ABŞ-ın Rusiyadakı səfiri Con Sallivan deyib ki, Moskva ilə Vaşinqton arasında münasibətlər tam kəsilə bilməz və iki ölkə arasında əlaqə saxlanılmalıdır.

“Diplomatik əlaqələrimizi tam kəsib bir-birimizlə danışmağı dayandıra bilmərik. Nyu-Yorkda BMT Təhlükəsizlik Şurasının iclaslarında, ən azı, hər gün bir-birimizin yanında otururuq. Nə olursa-olsun, BMT-də, Təhlükəsizlik Şurasında bir-birimizlə danışsaq, daha yaxşı olar”, - deyə Con Sallivan vurğulayıb.

Mənbə: TASS

Ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Nisan 2024    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi