olkepress.com
olkepress.com

Vahid Ələkbərov hökumətdən dəstək istədi: "Zavodlar bağlana bilər..."

7-04-2022, 19:59

Vahid Ələkbərov hökumətdən dəstək istədi: "Zavodlar bağlana bilər..."

“Lukoil” şirkəti Qərb sanksiyaları fonunda yanacaq tədarükü ilə bağlı problemlər səbəbindən özünün neft emalı zavodlarını dayandıra bilər.

Bakupost.az xəbər verir ki, bu barədə “Lukoil” şirkətinin prezidenti, azərbaycanlı iş adamı Vahid Ələkbərov Rusiya Baş nazirinin müavini Aleksandr Millerə məktubunda yazıb.
“Lukoil” Rusiyada dörd neft emalı zavoduna malikdir və “Rosneft”dən sonra ölkədə ikinci ən böyük neft istehsalçısıdır. Ötən il şirkət 43 milyon ton neft emal edib. Sanksiyalar səbəbindən mazut daşımalarının həcmində kəskin azalma baş verib və nəticədə bu yanacaq anbarlarda qalıb. Anbarların dolu olması neft emalı zavodlarının dayanmasına və yanacaq istehsalının azalmasına səbəb ola bilər”, - Ələkbərov məktubunda bildirib.
Ələkbərov bunun qarşısını almaq üçün artıq mazutun İES-lərə yönləndirilməsini təklif edib.

Ōlkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Ekim 2025    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi