olkepress.com
olkepress.com

ABŞ Bolqarıstana “F-16” təyyarələri satacaq...

5-04-2022, 09:45

ABŞ Bolqarıstana “F-16” təyyarələri satacaq...

ABŞ hökuməti NATO üzvü olan Bolqarıstana “F-16” qırıcı təyyarələrinin satışına razılıq verib.

Ōlkəpress.com APA-ya istinadən xəbər verir ki, məqsəd Bolqarıstanın təhlükəsizliyini gücləndirməkdir.

Dövlət Departamenti də Bolqarıstana 1,67 milyard dollar həcmində qırıcı və hərbi ləvazimat satışı üçün müraciət etdiyini bildirib. Bununla belə, yeni təyyarələrin verilməsindən sonra Bolqarıstandakı sovet modeli qırıcıların Ukraynaya verilib-verilməməsi barədə məlumat yoxdur.

Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski bir müddət əvvəl Avropa ölkələrinin arsenalındakı sovet hərbi təyyarələrinin Ukraynaya verilməsinə çağırış etmişdi.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Nisan 2026    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi