olkepress.com
olkepress.com

Rus kanalındakı insident: öngörü, yoxsa təsadüf? - VİDEO

15-03-2022, 15:07

Rus kanalındakı insident: öngörü, yoxsa təsadüf? - VİDEO

Rusiyanın “Birinci kanalı”nın “Zaman” xəbərlər proqramında baş vermiş dünənki insident bir neçə il bundan öncə elə həmin telekanalın efirində yayımlanan “Yatmışlar” filmini yenidən gündəmə gətirib.

Axar.az xəbər verir ki, 2017-ci ildə Rusiyanın “Birinci kanalı”nın efirində “Yatmışlar” (Spyaşiye) serialı yayımlanır. Filmin ssenarisinə əsasən Rusiya hakimiyyəti baş vermiş səs-küylü bir cinayəti ört-basdır etmək istəyir. Amma bu hadisəyə ictimai reaksiya güclü olur və günlərin birində məhz xəbərlər verilişinin redaktoru canlı yayımda özbaşınalıq edərək, xalqa çağırış edir: “Oyanın, sizə yalan söyləyirlər!”

Bundan sonra filmdə gənc redaktoru işdən azad edib, cinayət məhsuliyyətinə cəlb edirlər.

Maraqlısı odur ki, filmdəki həmin epizod və hətta aparıcının geyim tərzi dünən baş vermiş insident ilə oxşarlıq təşkil edir.



Ōlkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Nisan 2026    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi