olkepress.com
olkepress.com

BMT dünyanı aldadıb: QƏDDAFİ SAĞDIR!

7-02-2022, 14:00

BMT dünyanı aldadıb: QƏDDAFİ SAĞDIR!

"Liviyanın keçmiş lideri Muammər Qəddafi ölməyib və hazırda ölkəsində gizli şəkildə mübarizəsini davam etdirir".

Öıkəpress.com-un "Russian Today" telekanalına istinadən yazdığına görə, bu barədə sensasiyalı məlumatı vaxtilə Qəddafinin cangüdəni olmuş keçmiş zabit Ayşə əl-Fitouri verib. Cənab Fitouri deyib ki, öldürülən adam əslində onun qohumudur.

"Qəddafini Sirtədə öldürmüşdülər, eləmi? Amma mən sizə deyirəm ki, o, ümumiyyətlə Sirtəyə getməyib. Ora lider tərəfindən oxşarı olan Həmid Əbu Minyar gedib. Bu iz azdırmaq üçün edildi. O vaxt liderim Bəni Vəlid şəhərinə getdi və sonradan ordan da ayrıldı", - deyib Ayşə əl-Fitouri.
Axı DNT analizi götürülmüşdü, cəsədin məhz Qəddafiyə aid olduğu bildirilmişdi. Cənab Fitouri deyib ki, DNT məsələsi dünya ictimaiyyətinin fikrini azdırmaq üçün idi. "Nəticələr həqiqi deyildi. Baxın, BMT əgər DNT analizi götürmüşdüsə, niyə indiyədək bu yönümdə rəsmi qərarını elan etməyib? Yaxud da, niyə cəsəd təslim olunmadı? Tarix hər şeyi özü üzə çıxaracaq", - Qəddafinin cangüdəni deyib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Nisan 2026    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi