olkepress.com
olkepress.com

14 il əvvəl “Kurtlar vadisi”ndə Türkiyədəki yanğınlardan danışılıb - VİDEO

6-08-2021, 13:49

14 il əvvəl “Kurtlar vadisi”ndə Türkiyədəki yanğınlardan danışılıb - VİDEO

Artıq bir neçə gündür Türkiyədə davam edən və səngimək bilməyən meşə yanğınları məşhur serialdan olan kadrların gündəmə gəlməsinə səbəb olub.

Ölkəpress.com BAKU.WS-ə istinadən xəbər verir ki, Türkiyənin reytinqli layihələrindən olan “Kurtlar Vadisi Pusu”da genişmiqyaslı meşə yanğınlarından bəhs olunub.

Ekran işinin aktyorları Polat Alemdar (Necati Şaşmaz) və həmkarı Alper Özgenç (Tarkan Tüzmen) arasında olan dialoq zamanı onlar yanğınlarından danışıblar. Baş verən fəlakətlə bağlı müzakirələr aparıblar.

Məşhur serialdakı bu kadrlar hər kəsin marağına səbəb olub, bir çox sosial platformalarda yayılaraq müzakirələr yaradıb.

Qeyd edək ki, sözügedən görüntülər 14 il əvvəl lentə alınıb.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Şubat 2025    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
2425262728 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi