olkepress.com
olkepress.com

Özünə saxta pensiya düzəldən məktəb direktoruna cinayət işi açıldı

15-01-2021, 13:15

Özünə saxta pensiya düzəldən məktəb direktoruna cinayət işi açıldıLerik rayonunun M.Qafarov adına Siyov kənd tam orta məktəbin direktoru Əmirov İlham Əvəz oğlu 2018-ci ildən özünə əlilliyə görə saxta sənədlərlə pensiya düzəldib.

Unikal.org-un əldə etdiyi məlumata görə, o, yalnız özünün yox, tanışlarının da saxta pensiya almasına vasitəçilik edib. Həmin pensiyaların saxta olduğu Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi tərəfindən müəyyən edilib və ödənişlər dayandırılıb.

Faktla bağlı Lerik Rayon Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4 (xeyli miqdarda ziyan vurmaqla dələduzluq) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi açılıb və istintaq davam etdirilir.

ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi