FİZULİ MƏMMƏDOV AZƏRBAYCANDAN QOVULUB? – VİDEO
Özünü Rusiya Azərbaycanlıları İttifaqının sədri kimi təqdim edən Fizuli Məmmədov haqqında AFN-ə sensasion məlumatlar daxil olub. “Özünü təqdim edən” ifadəsi də elə məlumatı verən mənbəyə aiddir. Mənbəmiz bildirir ki, Rusiya Azərbaycanlıları İttifaqı adlı qurum heç yerdə rəsmi qeydiyyata alınmayıb və demək olar ki, mövcud deyil: “Heç bir rəsmi fəaliyyəti yoxdur. Belə olan halda Fizuli Məmmədovun özünü ittifaq sədri adlandırması da qeyri-ciddidir”.
Həmsöhbətimizin sözlərinə görə, F.Məmmədovun bir daha Azərbaycana gəlib-gəlməyəcəyi ciddi sual altındadır, çünki sonuncu səfəri zamanı o, demək olar ki, ölkədən qovulub: “Azərbaycanda siyasi fəaliyyətlə məşğul olmaq, parlament seçkilərinə qatılmaq fikrində idi. Özü də planı bu idi ki, ən azı vitse-spiker olsun. Bildiyiniz kimi, o, Azərbaycan vətəndaşı deyil. Vətəndaşlıq almağa çalışıb pulla, müəyyən işlər görüb, amma yarımçıq qalıb proses. Deyiblər “ağıllı ol”, get İtaliyada, Rusiyada məşğul ol siyasi fəaliyyətlə. Artıq onun təşkilatında da parçalanmalar var. Təşkilatın bütün üzvləri köməkçisi Anar Həsənovun orda olmasına etiraz edir. Bildiyimə görə, Anarın həyat yoldaşının erməni olması haqda söz-söhbət var, üzvlər də bundan narazıdırlar”.
Qeyd edək ki, A.Həsənovla bağlı narazılıq artıq bir müddətdir ki, var. “Diaspor” TV-nin efirində də bu haqda geniş material verilib. Həmin materialı təqdim edirik:
Ölkəpress.com