olkepress.com
olkepress.com

Zavodlarında işçiləri robotlarla əvəz edəcəklər

1-12-2025, 16:45

Zavodlarında işçiləri robotlarla əvəz edəcəklər

Çinin “Xiaomi” şirkəti zavodlarında çalışan insanları robotlarla əvəz edəcək.

Bu barədə şirkətin rəhbəri Lei Jun bildirib.

O, süni intellektin yaxın gələcəkdə sənayeyə çox güclü təsir göstərəcəyini vurğulayıb. Sahibkar rəhbərlik etdiyi şirkətin təxminən yaxın beş il ərzində zavodlarında humanoid robotları tətbiq etməyə başlayacağını bəyan edib.

Lei Jun “Xiaomi”nin elektromobil zavodunda avtomatlaşdırma prosesinin uğurla tətbiq edildiyini, burada kuzov hissələrinin yoxlanmasının stasionar robotlar vasitəsilə həyata keçirildiyini deyib.

Onun sözlərinə görə, tezliklə süni intellekt əsaslı rentgen sistemi elektromobillərin hissələrini cəmi 2 saniyəyə yoxlayacaq və canlı işçilərdən 10 dəfə daha sürətlə işləyəcək.

Qeyd edək ki, “Xiaomi” “CyberOne” adlı ilk robotunun prototipini 2022-ci ildə təqdim edib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Nisan 2026    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi