olkepress.com
olkepress.com

Vətən Müharibəsi Qəhrəmanı adı verilmiş şəxslərə 2200 manat veriləcək.

13-06-2025, 17:23

Vətən Müharibəsi Qəhrəmanı adı verilmiş şəxslərə 2200 manat veriləcək.

Azərbaycanın Vətən Müharibəsi Qəhrəmanı adı verilmiş şəxslərə 2200 manat veriləcək.

Bu, Azərbaycan Prezidentinin Fərmanında öz əksini tapıb.

Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş hər bir şəxs üçün 2000 (iki min) manat veriləcək.

Şəhid ailəsi və 20 Yanvar şəhidinin ailəsi üçün 700 (yeddi yüz) manat, həmçinin Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olan, itkin düşmüş və məhkəmə qaydasında ölmüş elan edilən hərbi qulluqçuların ailələrinə də 700 (yeddi yüz) manat veriləcək.

Qeyd edək ki, Vətən Müharibəsi Qəhrəmanı adına görə müavinət 2000 manat, Azərbaycanın Milli Qəhrəmanı adına görə 1800 manat idi.

Şəhid ailəsi, 20 Yanvar şəhidinin ailəsi və Əfqanıstanda həlak olmuş hərbçinin ailəsi üçün müavinət məbləği isə 600 manat təşkil edirdi.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Ekim 2025    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi