olkepress.com
olkepress.com

Əlilliyə görə müavinətlər bu qədər olacaq

13-06-2025, 17:21

Əlilliyə görə müavinətlər bu qədər olacaq

Prezident İlham Əliyev sosial müavinətlərin artırılması haqda Fərman imzalayıb.

Buraya əlilliyə görə sosial müavinətlər də aiddir.

Fərmana əsasən, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə 300 (üç yüz) manat, orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə 250 (iki yüz əlli) manat, orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə 180 (yüz səksən) manat sosial müavinət veriləcək.

Sosial müavinətlər 2025-ci il iyulun 1-dən artırılır.

Məlumat üçün bildirək ki, sözügedən müavinətlərin əvvəlki məbləği müvafiq olaraq 270, 220 və 150 manat idi.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Haziran 2025    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi