Azərbaycanda ödənişli yollarla bağlı qaydaları pozanlar 150-200 manat cərimə ediləcək.
Bu, Prezident İlham Əliyev tərəfindən təsdiqlənmiş İnzibati Xətalar Məcəlləsinin 352-1-ci maddəsində əksini tapıb.
150 manat cərimə – Ödənişli keçid məntəqələrindən yan keçərək alternativ yollardan istifadə edənlərə və ya ödənişsiz keçid hüququ olmayan şəxslərin xüsusi xidmət zolaqlarına daxil olmasına görə tətbiq ediləcək.
200 manat cərimə – Keçid məntəqələrinin işinə mane olmaq, nəqliyyat vasitələrinin hərəkətini bloklamaq və ya özbaşına baryerləri açmaq (şlaqbaumu qaldırmaq) hallarına görə nəzərdə tutulub.