Olkepress.com-ın əldə etdiyi məlumata görə İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev 2025-ci ilin ilk səyyar görüşünü keçirib.
Mövcud problemləri yerindəcə öyrənib həllini sürətləndirmək məqsədilə İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayevin 2025-ci ildə vətəndaşlarla nəzərdə tutulan ilk səyyar görüşü yanvarın 10-da Qaradonlu kənd inzibati ərazi dairəsinə daxil olan Qaradonlu, Göhərli və Çahar kənd sakinləri ilə keçirilib. Səyyar qəbulda icra başçısı ilə yanaşı rayonun hüquq-mühafizə orqanlarının, aidiyyəti idarə, müəssisə, təşkilatlarının rəhbərləri və sakinlər iştirak ediblər.
Çıxış edən icra başçısı sakinləri salamlayaraq İmişli rayonunda həyata keçirilən sosial-iqtisadi və infrastruktur layihələrdən danışıb. Rayon rəhbəri əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlər və bu sahədə qarşıda duran vəzifələr barədə də sakinlərə ətraflı məlumat verib. Qəbul zamanı sakinləri narahat edən müxtəlif məsələlərə rayon rəhbəri tərəfindən aydınlıq gətirilib, müvafiq izahatlar verilib və qaldırılan məsələlərin həlli istiqamətində əlaqədar qurum və təşkilatların rəhbərlərinə yerindəcə tapşırıqlar verilib.
Amil İbişov