olkepress.com
olkepress.com

Qarabağ və Şərqi Zəngəzurun dirçəlişi xarici mediada - ADİİM layihənin icrasına başlayıb

3-06-2024, 09:19

Qarabağ və Şərqi Zəngəzurun dirçəlişi xarici mediada - ADİİM layihənin icrasına başlayıbAzərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Azərbaycan Demokratik İslahatların İnkişafı Mərkəzi (ADİİM) İctimai Birliyi “Qarabağ və Şərqi Zəngəzurun dirçəlişi xarici mediada” adlı layihənin icrasına başlayıb.

Layihənin məqsədi Qarabağ və Şərqi Zəngəzurda aparılan quruculuq, yenidənqurna və bərpa işləri, soydaşlarımızın azad edilən torpaqlarımıza qayıdışı, eləcə də Ermənistanın mina terroru, işğal siyasəti nəticəsində Azərbaycana dəyən mənəvi və maddi ziyanla bağlı beynəlxalq ictimaiyyəti məlumatlandırmaq, Ermənistanın etnik təmizləmə siyasətini ifşa etməkdir.

3 ay (01.06.2024-31.08.2024) müddətində həyata keçiriləcək layihə çərçivəsində mövzu ilə bağlı Rusiya, Pakistan, İran, Ukrayna, Misir, Türkiyə, Qırğızıstan, Gürcüstan mediasında 16 məqalənin dərci nəzərdə tutulub.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Ekim 2025    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi