olkepress.com
olkepress.com

Su hövzələrində təhlükəsizlik məsələləri müzakirə olunub

5-06-2024, 23:54

Su hövzələrində təhlükəsizlik məsələləri müzakirə olunub

Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti ilə FHN-in Muğan Regional Mərkəzi Neftçala rayonunda “Su hövzələrində təhlükəsizliyin təmin olunması” mövzusunda birgə müşavirə keçiriblər.

Bu barədə FHN- məlumat verib.

Müşavirədə Neftçala Rayon İcra Hakimiyyətinin və inzibati ərazi dairəsi üzrə nümayəndəliklərin, bələdiyyələrin, çimərlik operatorlarının, polis şöbəsinin, təcili tibbi yardım stansiyasının, gigiyena və epidemiologiya mərkəzinin və digər aidiyyəti qurumların məsul şəxsləri iştirak edib.

Tədbirdə sözügedən rayonda Xəzər dənizinin sahilində keçirilən monitorinqlərin nəticələri barədə məlumat verilib, aşkar olunmuş nöqsanlar fotoslaydlarla nümayiş olunaraq onların aradan qaldırılması yolları geniş müzakirə edilib.

Müşavirədə çıxış edənlər, həmçinin yay mövsümündə çimərliklərdə vətəndaşların təhlükəsizliyinin təmin olunması qaydaları, maarifləndirmə işinin vəziyyəti, ölkə ərazisindəki su hövzələrində həyata keçirilmiş aidiyyəti təhlükəsizlik tədbirləri ilə bağlı məlumatlar veriblər.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi