olkepress.com
olkepress.com

Musiqi məktəbində uşaqların bayramı ilə bağlı konsert

2-06-2024, 21:31

Musiqi məktəbində uşaqların bayramı ilə bağlı konsert

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə G.Şaroyev adına 35 nömrəli onbirillik Musiqi məktəbində 1 iyun – Beynəlxalq Uşaqları Müdafiə Gününə həsr olunmuş konsert keçirilib.

Olkepress.com xəbər verir ki, öncə əlamətdar günün tarixi haqqında məlumat verilib. Bildirilib ki, 1949-cu ildə Beynəlxalq Demokratik Qadınlar Federasiyasının Parisdə keçirilən konqresində təsis olunan gün 1950-ci ildən dünya miqyasında qeyd olunur. Bu münasibətlə ölkəmizdə də müxtəlif səpkili tədbirlər keçirilir. BMT-də uşaq hüquqlarına dair konvensiya qəbul edilib, Azərbaycan müstəqillik qazandıqdan sonra bu konvensiyaya qoşulub. Bütün demokratik dövlətlərdə olduğu kimi, Azərbaycanda da uşaq hüquqlarının qorunmasına xüsusi əhəmiyyət verilir.

Konsert proqramında məktəbin respublika və beynəlxalq müsabiqələr laureatı olan şagirdləri Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərlərini səsləndiriblər.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi