İdrak Mustafayev: "Zəfər seçkisi ölkəmizin tarixində mühüm siyasi hadisə kimi qalacaq" Azərbaycan ADB-nin icraçı direktoru İdrak Mustafayev növbədənkənar prezident seçkilərində səsvermə prosesində iştrak edib.Səs vermədən sonra Olkepress.com-a açıqlamasında İdrak Mustafayev Azərbaycan son 30 illik tarixində fərqli bir gün yaşanıldığını deyib.Azərbaycan xalqının zəfər seçkisi ölkəmizin tarixində mühüm siyasi hadisə kimi qalacaq."Son 30 ildə ilk dəfə Azərbaycan suverenliyinin tam təmin olunduğu bir seçki prosesi oldu.Bu gün mən seçki məntəqələrində müşahidə etdim ki seçki hüququ olan vətəndaşlarınımız böyük aktivlik ilə bu prosesə qoşulub.Bu isə Ali Baş Komandana növbəti böyük dəstəyin ifadəsidir.Sədr müavini əmin olduğunu bildirib ki bu seçkilərdən sonra işğaldan azad olunmuş Azərbaycan torpaqlarında quruculuq və bərpa işləri sürətlənəcək."Böyük Qaydış"proqramı çərçivəsində insanlarımız öz doğma yurdlarına dönəcəklər.