Həmyerlimiz daha bir mükafat alıb
Qazaxıstanın Aktau şəhərində yaşayan azərbaycanlı iş adamı Tağı Zirəddin oğlu Tağıyev Qazaxıstan Xalq Assambleyasının “Xeyriyyəçiliyə görə” döş nişanı ilə təltif edilib.
Astana şəhərində Qazaxıstanın Respublika Günü ərəfəsində təşkil edilən “Mərhəmət karvanı” respublika forumunda azərbaycanlı iş adamına bu mükafatı Qazaxıstan Xalqı Assambleyasının sədrinin müavini Marat Azilxanov təqdim edib.
Forumda Qazaxıstan Parlamentinin deputatları, dövlət qurumlarının təmsilçiləri, müxtəlif etnomədəni birliklərin nümayəndələri, xeyriyyəçilər və başqaları iştirak ediblər.
Xatırladaq ki, Qazaxıstan Xalqı Assambleyasının sədri ölkə Prezidenti Kasım-Jomart Tokayevdir.
Yeri gəlmişkən, Tağı Tağıyev Qazaxıstan Xalq Assambleyasının “Səxavətli Ruh” (“Jomart Jan”) döş nişanı ilə də təltif edilib.