2023-cü ilin yanvar-avqust aylarında Azərbaycanın dövlət büdcəsinin gəlirləri 1,2% artaraq 20 milyard 431,2 milyon manat təşkil edib.
"Bizimyol.info" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu ilin ilk 8 ayında büdcənin xərcləri isə 13,8% artaraq 20 milyard 649,7 min manata yüksəlib.
Nəticədə büdcədə 218,5 milyon manat kəsir yaranıb. Halbuki, ötən ilin eyni dövründə büdcədə 2 milyard 32,9 milyon manat profisit olub.