olkepress.com
olkepress.com

Vüqar Əhməd: "RƏŞADƏTLİ RƏŞADƏT " (Polkovnik dostum Rəşid Piriyevin ​ I Qarabağ savaşında şəhid olmuş qardaşı Rəşadətin əziz xatirəsinə ithaf)

12-09-2023, 16:55

Vüqar Əhməd: "RƏŞADƏTLİ RƏŞADƏT " (Polkovnik dostum Rəşid Piriyevin  ​ I Qarabağ savaşında şəhid olmuş qardaşı  Rəşadətin əziz xatirəsinə ithaf)

RƏŞADƏTLİ RƏŞADƏT



(Polkovnik dostum Rəşid Piriyevin

​ I Qarabağ savaşında şəhid olmuş qardaşı

​ Rəşadətin əziz xatirəsinə ithaf)



Ömrünün gül açmış gənclik çağında,

Vətən sevgisilə qalxıb savaşa,

Torpağın qoynunda sən başdan-başa,

Öz şəhid qanınla çiçəklər əkdin,

Düşməni atəşli məzarə çəkdin.



Halal süd əmmişdin Sədəf anadan,

Boy-qamət vermişdi sənə Yaradan,

Güc-qüvvət alırdın eldən-obadan,

Yüzlərlə düşmənin qanını tökdün,

Şəhidim, hamının belini bükdün.



Savaşlarda göstərirdin şücaət,

Səndə vardı heyrətamiz rəşadət,

Hey Cənnətdə ruhun edir səyahət,

Bərdə taboruyla döyüşə gəldin,

Düşmənə savaşda göz dağı verdin.



Döyüş yerlərindi Kəlbəcər, Laçın,

Zəngəzur, Qarabağ oldular qaçqın,

Ay Allah: - bu dərdi mən kimə açım?

Qəlbində yanğıyla belə deyirdin,

Gələcək zəfəri o vaxt görürüdün.



Səndə vardı fövqəladə mətanət,

Ruhun rəşadətli, özün Rəşadət,

Uca Allahıma edib ibadət,

Qardaşın Rəşidlə sancdın bayrağı,

Qorudun Vətəni, ulu torpağı.



Savaşdın düşmənlə qorxu bilmədən,

Atıldın döyüşə- yaralı bədən,

Sən şəhid olsan da qəfil qüllədən,

Müthiş cürətinlə yaxdın düşməni,

Doğma Azərbaycan unutmaz səni.



İtkin düşsə də məzarın sənin,

Ümidləri çırağın sönmədi sənin,

Yenə işıqlandı güldü Vətənin,

Ey şəhidi,m fəda etdin canını,

Torpağın uğrunda tökdün qanını.





İnanırdın yenə xoş gün gələcək,

Ağdam, Şuşa, Kəlbəcərin güləcək,

Qarabağın gülüstana dönəcək,

Artıq oxunacaq Zəfər nəğməsi,

Tam olacaq Vətənin xəritəsi.



Əli oğlu ocağın, soyadın Piri,

Rəşadər ölməyib, diridir-diri,

Ordunun aslanı, ordunun şiri,

Bu Vətəni yenə eylədiz xoşbəxt,

Artıq bizimlədir daim səadət.



Eşit, ey şəhidim, sən məni eşit!

Sənsiz pərişandır qardaşın Rəşid,

Məzarın üstündə gül çeşid-çeşid,

Doğmalar göz yaşı tökürlər sənə,

Adın xatırlanır hey dönə-dönə.



İlhamla qaytardıq biz Qarabağı,

Dəmir yumruq verdi gözəl növrağı,

Artıq dünya seçir qaradan-ağı,

İgid Rəşadətin çoxdur şöhrəti,

Qələmə sövq etdi Vüqar Əhmədi.



12.09.2023



















​ ​ ​ ​ ​ ​ ​ ​



XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Eylül 2024    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi