olkepress.com
olkepress.com

PROFESSOR VÜQAR ƏHMƏD XARİCİ MƏTBUATDA

5-09-2023, 17:21

PROFESSOR VÜQAR ƏHMƏD  XARİCİ MƏTBUATDA

PROFESSOR VÜQAR ƏHMƏD XARİCİ MƏTBUATDA

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor, Beynəlxalq Elmlər Akademiyasının akademiki, Turanın Xalq Şairi Vüqar Əhmədin 60 illiyi ilə əlaqədar xarici mətbuatda silsilə məqalələr dərc olunmuşdur. Eləcə də Pakistanda “Qlobal ədəbiyyat” jurnalında (14 avqust, 2023) filologiya üzrə fəlsəfə doktoru, mütərcim Məsmə İsmayılovanın “Şair-alim Vüqar Əhməd” məqaləsi və onun poeziyasından tərcümə etdiyi seçmə şeirlər ingilis dilində çap olunmuşdur. Türkiyənin nüfuzlu “Kültür evreni” dərgisində də yenə eyni müəllifin “Həyat baharı: Vüqar Əhməd” adlı yubiley məqaləsi (ingilis dilində) qardaş ölkənin oxucularının ixtiyarına verilmişdir.
“Kültür evreni” (2023, №51) dərgisində həmçinin filologiya üzrə fəlsəfə doktoru, dosent Gülbəniz Babayevanın “Vüqar Əhmədin yaradıcılığında Qarabağ mövzusu” adlı geniş həcmli məqalə dərc edilmişdir.
Beynəlxalq Elm və Sənət Akademiyasının elmi-ədəbi “Xəbərlər” jurnalında da (2023, №1) Vüqar Əhmədin yubileyi ilə əlaqədar rus dilində “Aktyorun dəfni”, “Duzsatan Həlimə” adlı hekayələri və “Azərbaycan “ şeiri oxucuların ixtiyarına verilmişdir.



XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Eylül 2024    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi