olkepress.com
olkepress.com

Azərbaycanda əhalinin neçə faizi pensiya alır?

15-08-2023, 08:17

Azərbaycanda əhalinin neçə faizi pensiya alır?Bu il iyulun 1-nə olan məlumata görə, Dövlət Sosial Müdafiə Fondunda qeydiyyatda olan 1 milyon 96,6 min nəfər pensiyaçı var. Bu, ölkə əhalisinin 10,8 faizini təşkil edir.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, onların 64,1 faizi yaşa, 23,6 faizi əlilliyə, 12,3 faizi isə ailə başçısını itirməyə görə pensiya alır.

Təyin olunmuş aylıq pensiyaların orta məbləği ötən ilin müvafiq dövrü ilə müqayisədə 18,2 faiz, bu ilin əvvəli ilə müqayisədə isə 16,9 faiz artaraq 435 manat təşkil edib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Ekim 2025    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi