olkepress.com
olkepress.com

Qubad İbadoğlunun işinə görə saxlanılan alim kimdir?

8-08-2023, 14:03

Qubad İbadoğlunun işinə görə saxlanılan alim kimdir? Xəbər verdiyimiz kimi, Türkiyədə yaşayan azərbaycanlı alim Fazil Qasımov Azərbaycana gətirilərək saxlanılıb.

Musavat.com xəbər verir ki, İstanbul şəhərində yaşayan Fazil Qasımov Türkiyənin Özyeğin və Niderlandın Tilburq Universitetində Beynəlxalq Biznes İdarəçiliyi ixtisası üzrə təhsil alıb.

Daha sonra təhsilini Türkiyənin İstanbul Universitetində doktorantura pilləsi üzrə davam etdirib. Hüquq və iqtisadiyyat üzrə fəlsəfə doktorudur.

Rəsmi məlumata görə, cinayət işi ilə əlaqədar axtarışda olan F.Qasımov saxlanılıb ölkəyə gətirilərək DİN əməkdaşları tərəfindən istintaqa təhvil verilib.

Fazil Qasımovun Qubad İbadoğlunun işi ilə əlaqədar saxlanıldığı bildirilir.

Qeyd edək ki, 15 gün əvvəl Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlu Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham olunaraq həbs edilib. Nərimanov Rayon Məhkəməsinin qərarı ilə onun barəsində 3 ay 26 gün müddətinə həbs qətimkan tədbiri seçilib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Ekim 2025    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi