olkepress.com
olkepress.com

Ölkədə əmək müqavilələrinin sayı açıqlandı

8-08-2023, 08:23

Ölkədə əmək müqavilələrinin sayı açıqlandıAzərbaycanda əmək müqavilələrinin sayı 2019-cu ilin əvvəli ilə müqayisədə 353,4 min vahid artaraq bu il avqustun 1-nə 1 755,4 minə çatıb.

Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumatında bildirilib.

Məlumata görə, bu illər ərzində qeyri-neft sektorunun özəl bölməsində isə həmin göstərici 329,4 min vahid artaraq 870 minə yaxın olub.

"4 ildən çox müddətdə həyata keçirilən təşviq əsaslı vergi siyasəti əmək bazarında əhəmiyyətli dəyişikliklərə səbəb olub. Artım Dövlət Vergi Xidmətinin iş yerlərinin rəsmiləşdirilməsi, əmək haqqı fondunun “ağardılması” və şəffaflılığın təmin edilməsi istiqamətində həyata keçirdiyi tədbirlərin nəticəsidir", - məlumatda qeyd olunub.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Ekim 2025    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi