olkepress.com
olkepress.com

UNUDULMAZ ŞƏXSİYYƏT: RAUF PƏNAHOV

5-06-2023, 15:19

UNUDULMAZ ŞƏXSİYYƏT: RAUF PƏNAHOV




Ziyalı xalqının, vətəninin təşəbbüsünü çəkəndə, özünün yox, ölkəsinin milli maraqlarına xidmət göstərəndə daha hörmətli, sevilən və unudulmaz olur. Bu qəbildən olan ziyalılar xalqın iftixar və qürur mənbəyidir. Tarixi araşdırmalardan məlumdur ki, XIV əsrin ortalarında fateh kimi tanınan Əmir Teymur (Teymurləng) işğal etdiyi ölkənin ziyalılarına dəymirdi, alimlərini, yazıçılarını, şairlərini, memarlarını, yüksək səviyyəli müxtəlif peşə və sənət adamlarını yığıb Səmərqəndə gətizdirər, yeri gələndə onlarla görüşər, fikir mübadiləsi aparardı...
Əsrlərdən bəri hər bir dövlətin, hər bir dövrün ziyalıya, onların sözünə və mövqeyinə böyük ehtiyac olub.
Belə misallar-xalqımızın tarixində və taleyində müstəsa xidmətlər göstərmiş, şərəfli izlər qoymuş ziyalıların layiqli fəaliyyəti barədə istənilən qədər faktlar söyləmək olar.Onlar millətlərin mənsub olduqları cəmiyyətin mənəvi yüksəlişi naminə əzmlə çalışırdılar.
Ulu Öndər Heydər Əliyev də daim cəmiyyətdə ziyalı missiyasına böyük önəm verib, ziyalıları, xalqını və dövlətini sevənləri həmişə yüksək qiymətləndirərək onların fədakar əməyini dəyərləndirib.
Hər bir kəsin həyatında belə bir ehtirama layiq gördüyü, düşüncəsində belə xatırlarkən özünü yığışdırdığı, öz hərəkətinə, cəmiyyətdəki fəaliyyətinə onun prizmasından qiymət verdiyi bir insan olur. Bu gün haqqında danışmaq istədiyim insan da məhz belə şəxslərdəndir. Bu, Rauf Pənahovdur.
Rauf müəllim kimi insanlar öz təmiz qəlbi, xeyirxah əməlləri, mənəvi keyfiyyətləri ilə elə bir ucalıq, kamillik zirvəsi fəth ediblər ki, onları reallaşdırmağa heç ehtiyac da yoxdur. Onunla bir dəfə həm söhbət olan hər hansı bir kəs sonra daim onun söhbətlərinin, mükalimələrinin cazibəsinə düşür, beş dəqiqlik fikir mübadiləsindən sonra həftələrlə, aylarla onun mühakimələrinin sehrində olursan. Ulularımız əbəs yerə deməyiblər ki, böyüksüz yerdə oturma! Həqiqətən Rauf Pənahov öz şəxsiyyəti ilə ortada ola biləcək bir ağsaqqaldır. Hamı kimi o da sadə, zəhmətsevər bir ailədə dünyaya göz açıb. Hamı kimi sadə uşaqlıq həyat yaşayıb. Lakin uzaqgörənliyi, iti zəkası lap əvvəldən onu yaşıdlarından fərqləndirib. Çox şeylər görüb, çox yerlərdə olub. Ona hər hansı bir təşəkkür etmək istəyəndə alicənablıqla başa salıb ki, insan insanın dostudur. Dost isə həmişə kömək edər. Öz xeyirxahlığı, alicənablığı ilə insanların rifah halının yaxşılaşmasına çalışan Rauf müəllim, doğrudan da, insanları çox sevirdi. Elə bu cəhətinə görə də insanlar da onu sevir, sayır, dərin hörmət bəsləyirdilər. Ölkə Prezidenti cənab İlham Əliyevin siyasətini bax belə dəstəkləyirdi Rauf müəllim.
Bizə elə gəlir ki, bəzi insanları Tanrı ona görə öz dərgahına daha tez aparır ki, çünki onun özü də istedadlı və əməl-saleh insanlara ehtiyac duymaqdadır. Hərdən böyük Yaradan da həmdərd olmağa, Yer əhlinin əməllərini daha yaxından duymağa maraqlı həmsöhbət axtarır... Rauf müəllim də məhz bu tipli insanlardan idi. Büllur kimi saf, ayna kimi tərtəmiz və zərif ürəyi vardı Rauf müəllimin. İlk baxışdan o, çoxlarına qaşqabaqlı, sərt, ciddi, ünsiyyətsiz təsir bağışlasa da, əslində şən, mehriban, hazırcavab, zarafatçıl adam idi Rauf müəllim.
O, mənalı bir ömür yaşamışdı, cəmiyyətə, xalqına şərəflə xidmət etmişdi, güclü məntiqi təfəkkürə, dərin düşüncə tərzinə malik idi. Aydın elmi əsaslara söykənən fikirləri, yüksək insani keyfiyyətləri ilə həmişə fərqlənmişdi. Hamı onunla işləmək, nə barədə olursa-olsun söhbətləşmək, fikir mübadiləsi aparmaq istəyirdi. Hər şeydən öncə böyük bir ziyalı idi. Nurlu əməlləri, əsl vətəndaş mövqeyi hamıya örnək idi. Məramı xoş, niyyəti saf, fikirləri işıqlı idi.
Rauf Pənahov ictimai fəaliyyəti ilə kamil və yetkin şəxsiyyət olmaqla yanaşı, həm də son dərəcə qayğıkeş və diqqətcil ailə başçısı idi. İxtisasca pedaqoq olan ömür-gün yoldaşı Şəfiqə xanımla birgə böyüdüb boya-başa çatdırdığı, cəmiyyət üçün layiqli vətəndaş kimi yetişdirdiyi iki oğul, bir qız övladı ata ocağının mənəvi ruhunu – Rauf Pənahov şəxsiyyətinin ucalığını əməllərində qoruyur.
O, yaddaşlarda böyük qəlbə malik ictimai xadimi, özünü təsdiq edən şəxsiyyət kimi qalmışdır. Rauf müəllim kimi şəxsiyyətlər dünyaya çox az gələrlər, müdrik insan, kamil şəxsiyyət ömrü yaşayar və dünyadan çox tez gedərlər.
Azərbaycanın ictimai-siyasi həyatında əvəzsiz xidmətləri olan tanınmış ictimai-siyasi xadim, böyük ziyalı, böyük şəxsiyyət, bu gün doğum günü Rauf Əli oğlu Pənahovun xatirəsi onu tanıyanların qəlbində
hər zaman yaşayacaq!

Vüqar Əhməd
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun
Mətbuat tarixi və publisistika şöbəsinin müdiri,
filologiya elmləri doktoru, professor.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Eylül 2024    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi