olkepress.com
olkepress.com

BAAU-da ərəb dilində şeir müsabiqəsi keçirildi

12-05-2023, 23:59

BAAU-da ərəb dilində şeir müsabiqəsi keçirildi

Bakı Avrasiya Universiteti ilə Səudiyyə Ərəbistanının Kral Abdulla bin Əbdüləziz adına Ərəb dilinə Xidmət üzrə Beynəlxalq Mərkəzin birgə yaratdığı “Ərəbşünaslıq Mərkəzi”nin təşkilatçılığı ilə respublikaməzda fəaliyyət göstərən ali təhsil müəssisələrinin tələbələri arasında şeir müsabiqəsi keçirilib.


Olkepress.com Qafqazinfo- ya istinadən xəbər verir ki, müsabiqəyə Bakı Avrasiya Universiteti, Azərbaycan Dillər Universiteti, Bakı Dövlət Universiteti və Azərbaycan İlahiyyat Universitetinin ərəb dili üzrə ixtisaslaşan tələbələri qoşulublar.

Tədbiri giriş sözü ilə açan Bakı Avrasiya Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Səyavuş Qasımov “Ərəbşünaslıq Mərkəzi”nin ötən dörd il müddətində gördüyü işlər barədə məlumat verib. O deyib ki, ötən dövr ərzində “Ərəbşünaslıq Mərkəzi” 400-dən artıq tələbəyə ərəb dilinin öyrədilməsi ilə bağlı kurslar təşkil edib. Daha sonra “Ərəbşünaslıq Mərkəzi”nin Elmi rəhbəri, dosent Ülviyyə Hüseynova müsabiqənin şərtləri barədə iştirakçılara ətraflı məlumat verib. Ü.Hüseynova 1-ci yerə bir nəfər, 2-ci və 3-cü yerlərin hər birinə isə iki nəfər qalibin seçiləcəyini bildirib.

Tədbirə Səudiyyə Ərəbistanı Krallığının Bakıdakı fövqəladə və səlahiyyətli səfiri Haməd bin Abdullah bin Səud bin Xudeyr də qatılıb.

Müsabiqənin yekun mərhələsinə 36 nəfər tələbə buraxılıb. Münsiflər heyəti müsabiqə iştirakçılarının şeiri bədii cəhətdən təqdim etmə bacarıqlarını, ərəb dilində onu səlis ifadə etmə qabiliyyətlərini qiymətləndiriblər.

Müsabiqə iştirakçılarını qiymətləndirən münasiflər heyəti sonda qalibləri elan edib. BAU-nun tələbəsi Nərminə Məmmədova 1-ci, Aİİ-nin tələbəsi Murad Kərəmov və BDU-nun tələbəsi Simuzər Məmmədzadə 2-ci, BDU-nun tələbələri Sahib İbayev və Mohammedali Axundov isə 3-cü yeri tutblar. Qaliblərə qiymətli hədiyyələr, pul mükafatı və sertifikatlar təqdim olunub.
BAAU-da ərəb dilində şeir müsabiqəsi keçirildi
BAAU-da ərəb dilində şeir müsabiqəsi keçirildi
BAAU-da ərəb dilində şeir müsabiqəsi keçirildi


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Nisan 2024    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi