olkepress.com
olkepress.com

Bakı Avrasiya Universitetində "Heydər Əliyev İli" ilə bağlı tədbirlər davam edir

4-05-2023, 21:34

Bakı Avrasiya Universitetində "Heydər Əliyev İli" ilə bağlı tədbirlər davam edir

Bakı Avrasiya Universitetində “Heydər Əliyev İli” çərçivəsində “Ümumi filologiya” kafedrasının baş müəllimi, filologiya üzrə fəlsəfə doktoru Zəminə Rüstəmbəylinin “Ulu Öndər Heydər Əliyev timsalında nitq mədəniyyəti və bədən dili” adlı mövzusunda məruzəsi dinlənilib.

Azərbaycan dilinin tarixi, onun inkişaf mərhələsi, türk dilləri içərisində tutduğu yeri, dilimizin dəyəri haqqında məlumat verən natiq qeyd edib ki, Azərbaycan dilində mükəmməl danışmaq, dilin dəyərini bilmək, dövlət dilinin əhəmiyyətini dərk etmək hər bir Azərbaycan vətəndaşının borcudur.
XX əsr natiqlik məktəbinin görkəmli nümayəndələrindən biri məhz ulu öndərimiz Heydər Əliyev olmuşdur.
Görüşdə onun qüsursuz, axıcı, gözəl nitqinin hər kəs üçün nümunə olması ulu öndər Heydər Əliyevin Azərbaycan dilinə bəslədiyi sevgi, verdiyi dəyər, danışıq etikasının, natiqliq sənətinin, nitq mədəniyyətinin araşdırılması tarixi haqqında geniş söhbət aparılıb.
Bundan başqa, iştirakçılara bədən dilinin araşdırılması tarixi, bədən dilindən doğru istifadə etməyin sirrləri haqqında da ətraflı, bir-birindən qiymətli məlumatlar verilib. Heydər Əliyev obrazında natiqlik sənətinin, nitq mədəniyyətinin, bədən dilinin mükəmməl harmoniyası haqqında geniş araşdırma tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.
Tədbirin sonunda fil.ü.f.d. Zəminə Rüstəmbəyli tələbələrin suallarını cavablandırıb, məruzə haqqında tələbələrin təəssüratlarını dinləyib və yekunda xatirə şəkilləri çəkdirilib.
Bakı Avrasiya Universitetində "Heydər Əliyev İli" ilə bağlı tədbirlər davam edir

Bakı Avrasiya Universitetində "Heydər Əliyev İli" ilə bağlı tədbirlər davam edir

Bakı Avrasiya Universitetində "Heydər Əliyev İli" ilə bağlı tədbirlər davam edir


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Mart 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi