olkepress.com
olkepress.com

MÖVSÜM VÜSAL SEVİMLİ ŞAİRİMİZ, PROFESSOR VÜQAR ƏHMƏDİN 60 İLLİYİNƏ

4-04-2023, 11:22

MÖVSÜM VÜSAL SEVİMLİ ŞAİRİMİZ, PROFESSOR VÜQAR ƏHMƏDİN 60 İLLİYİNƏ

MÖVSÜM VÜSAL
SEVİMLİ ŞAİRİMİZ, PROFESSOR VÜQAR ƏHMƏDİN 60 İLLİYİNƏ

QAMƏTİN ƏYİLMƏSİN!!!
Kim bilərdi, bir vaxtlar, qızıl qumlar üstündə,
Göy otlar, nazlı güllər, boz tikanlar üstündə.
Xəzərin sahilində, o baş-bu başa qaçan,
Nağıllar aləmində, simurq quşu tək uçan.
Valideyn haqqını məmmunluqla nuş edən,
Hər kəsə xoş niyyətlə təbəssüm bəxşiş edən,
Şirin-şəkər yavrucuq, xoş məramlı bir cocuq.
Bir zaman elmi-irfan, hikmət sahibi olar,
Mərifət, mədəniyyət, şövkət sahibi olar.
Elm ocaqlarında tanınar müəllim kimi,
Ədəbi meydanlarda sevilər alim kimi.
Vətəndən uzaqlarda, hər vaxt adı hallanar,
Bütün türk dünyasında, şair ismi dolanar.
Hər zaman sevə-sevə içər Haqqın şərbətin,
Bu gün altmış yaşı, tamam Vüqar Əhmədin.
Qamətin əyilməsin, imanın üzülməsin,
Dəyərin əskilməsin, qiymətin kiçilməsin.
Yenə söz sərrafı tək, şerin dönsün dastana,
Hər misran zərb-məsəl tək, nüfuz etsin hər yana.
Yenə eşq meydanında saysınlar Məcnun səni,
Vətənin hər guşəsi eyləsin məftun səni.
Qələmindən süzülən hər sözdən axsın Vətən,
Vüqar Əhmədsevərlər birgə oxusun;- Vətən!


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Eylül 2024    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi