olkepress.com
olkepress.com

Professor Vüqar Əhmədin yeni monoqrafiyası çap olunub

22-11-2022, 15:20

Professor Vüqar Əhmədin yeni monoqrafiyası çap olunub

Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsinin müdiri filologiya elmləri doktoru, professor Vüqar Əhmədin “Hayrettin Hoca” monoqrafiyası nəşr edilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, kitabın elmi redaktoru AMEA-nın prezidenti akademik İsa Həbibbəylidir. “Ön söz”ün müəllifi Ədəbiyyat İnstitutunun icraçı direktoru filologiya üzrə fəlsəfə doktoru, dosent Mehman Həsənli, redaktoru böyük elmi işçi Dilbər Rzayevadır. Nəşrin rəyçiləri professor Elçin İsgəndərzadə, Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsinin aparıcı elmi işçisi filologiya üzrə fəlsəfə doktoru, dosent Gülbəniz Babayeva və şair-tədqiqatçı, Azərbaycan Yazıçılar Birliyinin üzvü Qardaş Əlişoğludur.
Professor Hayrettin İvginin elmi-ədəbi fəaliyyəti haqqında monoqrafiya “Ecoprint” nəşriyyatında çap olunub. Türk dünyasının şöhrətli alimi, akademik Hayrettin İvginin yaradıcılığı çoxşaxəlidir. O, həm folklorşünas alim, araşdırmaçı, ədəbiyyatşünas, həm də tarixçi-etnoqrafdır. Əgər onun yazdığı lirik şeirləri ayrıca bir poetik məziyyət hesab etsək, Hayrettin bəyin yaradıcılığının ümumi mənzərəsini tamamilə əhatə etməkdən ötrü, bəlkə də onlarca kitab yazmaq lazım gələr. Bu səbəbdən də müəllif onun yaradıcılığı ilə sadəcə yığcam şəkildə oxucuları tanış etmək istəyib. Professor Hayrettin İvginin dəst-xətinin nə qədər gerçək olduğunu təsdiqləməkdən ötrü Vüqar Əhməd bu monoqrafiyada bir sıra tədqiqatçıların, elm adamlarının kitablarından, məqalələrindən, yazılarından faydalanaraq, eyni zamanda, arxiv sənədlərinə istinadla öz araşdırmalarını və fikirlərini ümumiləşdirərək bu əsəri ərsəyə gətirib.
Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulub. Monoqrafiyadan türk filologiyası ilə məşğul olan bakalavr, magistrant və doktorantlar, eləcə də tədqiqatçı alimlər faydalana bilər.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi