olkepress.com
olkepress.com

Baş prokuror: “Bu gün medianın inkişafı üçün bütün lazımi tədbirlər həyata keçirilib”

10-08-2022, 11:23

Baş prokuror: “Bu gün medianın inkişafı üçün bütün lazımi tədbirlər həyata keçirilib”

“Azərbaycan müstəqillik əldə etdikdən sonra medianın inkişafı üçün bütün şərait yaradılıb. Media inkişaf etmədən cəmiyyətin düzgün tərəqqisi mümkün deyil. Ona görə də ulu öndər Heydər Əliyev media ilə bağlı bütün institutların inkişafına böyük diqqət yetirib”.

“Report”un xəbərinə görə, bu fikirləri Baş prokuror Kamran Əliyev bu gün Baş Prokurorluğun təşkilatçılığı ilə “Media azadlığı və sosial şəbəkələrin güclənən təsiri şəraitində cəmiyyətin informasiya təhlükəsizliyinin təmin olunması” mövzusunda keçirilən konfransda deyib.

Onun sözlərinə görə, Azərbaycan bu sahədə bütün konvensiyalara qoşulub:

“Bu gün medianın inkişafı üçün bütün lazımi tədbirlər həyata keçirilib. Medianın cəmiyyətdə rolu böyükdür. Prezident mediaya xüsusi diqqət göstərir və onun fəaliyyəti ilə gündəlik maraqlanır”.

Baş prokuror qeyd edib ki, XXI əsrin cəmiyyətləri və dövlətləri medianın inkişafı olmadan inkişaf edə bilməz:

“Bu gün biz tam əminliklə deyə bilərik ki, Azərbaycanda media dördüncü hakimiyyətdir. Bunu hər kəs təsdiq edə bilər”.

Ölkepress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Ekim 2025    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi