olkepress.com
olkepress.com

BAAU və Yozqat Bozok Universiteti arasında protokol imzalandı - FOTO

8-08-2022, 13:47

BAAU və Yozqat Bozok Universiteti arasında protokol imzalandı - FOTO

Bakıya səfəri çərçivəsində Türkiyənin Yozqat Bozok Universitetinin rektoru prof.dr. Ahmet Karadağ Bakı Avrasiya Universitetini (BAAU) ziyarət edib.

Ölkepress.com xəbər verir ki, universitetin tədris işləri üzrə prorektoru Nigar Hüseynova və Beynəlxalq əlaqələr üzrə prorektoru Səyavuş Qasımov ilə görüşən Ahmet Karadağ iki təhsil müəssisəsi arasında əlaqələrin inkişafı və tədris prosesinə dair müzakirələr aparıb.

Prorektor Nigar Hüseynova görüş zamanı BAAU-nın rektoru, professor Nazim Hüseynlinin salamlarını qonağa çatdırıb və öz növbəsində Ahmet Karadağ BAAU-nın rəhbərliyini Yozqat Bozok Universitetini ziyarətə dəvət edib.

Görüş çərçivəsində əməkdaşlığa dair protokol imzalanıb. Protokol tələbə və müəllim mübadiləsi, eyni zamanda dil və mədəniyyət sahəsində birgə layihələr və elm-təhsil əməkdaşlığının digər istiqamətlərini əhatə edir.

BAAU və Yozqat Bozok Universiteti arasında protokol imzalandı - FOTO


BAAU və Yozqat Bozok Universiteti arasında protokol imzalandı - FOTO


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Nisan 2026    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi