olkepress.com
olkepress.com

UNEC-in HALAL TENDER PARTNYORU...

25-07-2022, 10:36

UNEC-in HALAL TENDER PARTNYORU...

Azərbaycan Dövlət İqtisad Universiteti rəqəmsal mətbəənin qurulması ilə əlaqədar avadanlıqların satın alınması üzrə tenderin qalibibi açıqlayıb.

DİA.AZ xəbər verir ki, 977 993 manatlıq tenderin qalibi "Halal-P" MMC olub.

Xatırladaq ki, "Halal-P" MMC bundan əvvəl Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin Agentlik və Mərkəzlər üçün yeni kartriclərin satın alınması üzrə 41 540 manatlıq tenderini qazanıb (18.05.2022).

Onu da qeyd edək ki, «HALAL-P» şirkəti Azərbaycan bazarında 1996-cı ildən fəaliyyət göstərir. DİA.AZ-ın apardığı araşdırmalardan aydın olur ki, dövlət qurumları ilə kifayət qədər "mərhəm" tender münasibətlərinə malik olan «HALAL-P» şirkəti haqqında elə də ciddi informasiya bazası mövcud deyil. Aydın olanı odur ki, sadəcə olaraq, bu şirkət dövlət qurumlarından rahatlıqla, həm də elə HALALLIQLA milyonluq tenderləri "qazanma" imkanına malikdir..

Ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Ekim 2025    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi